İdman

Yığmamız 9 top fərqi ilə uduzdu

19 Mart 2018 10:39
0 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında ənənəvi Novruz kubokuna start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, XXV dəfə keçiriləcək yarışda ölkəmiz 20 yaşadək yığma ilə iştirak edir.

Artıq turnirdə 2 tur arxada qalıb. İlk görüşdə Özbəkistan "Spartak"ına 82:70 hesabı ilə qalib gələn basketbolçularımız II turda da Daşkənd təmsilçisi ilə qarşılaşıb. SK MO RU  klubu ilə üz-üzə gələn Tahir Baxşiyevin yetirmələri bu dəfə məğlubiyyətə üzülüblər - 70:79.  

Qeyd edək ki, turnirdə ümumilikdə 6 komanda qüvvəsini sınayır. Millimiz bu gün "Politexnik"i (Qırğızıstan, Bişkek) sınağa çəkəcək. Martın 20-də Bişkekin "Gines 29" komandası ilə gücünü yoxlayacaq basketbolçularımız Novruz kubokuna qırğızların digər klubu "Tulpar Skif"lə yekun vuracaq. Bu oyun isə martın 21-nə təsadüf edəcək.

Mİlli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.