İdman

"Qriqorçuk "Astana" üçün ən yaxşı variantdır"

17 Mart 2018 19:16
0 Şərh     Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şəxsi fikrim belədir ki, yayda "Astana"da dəyişikliklər olmamalıdır. Çünki bu kluba Stanimir Stoilovun məşqçilər korpusundakı insanlar gəliblər. Onlar təməli qoyanlardır. Nəticədə komanda həm daxili, həm də beynəlxalq arenada möhtəşəm çıxış edir. Ona görə də hesab edirəm ki, məşqçilər korpusu sonadək işləməlidir və onlarla "Astana"da hər şey alınacaq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan Premyer Liqasında çıxış edən bir sıra futbolçuların meneceri olan Sergey Novikov deyib. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun yayda "Astana"ya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı iddialara münasibət bildirən tanınmış agent ukraynalı mütəxəssisin paytaxt təmsilçisi üçün ideal variant olduğunu söyləyib:

"Ancaq birdən nəsə baş versə, şəxsi fikrim budur ki, "Astana" və Qazaxıstan üçün ən yaxşı variant Qriqorçukdur. Fikrimcə, o, intizamı və oyun sistemi ilə Stoilova bənzəyir. Qriqorçuk sərt, bir o qədər maraqlı mütəxəssisdir. Həm də çox ağıllıdır. "Çernomorets"lə uğurlar qazanıb, Azərbaycanda əla işləyir. Buna görə də onun "Astana"nı qəbul etmək şansı çoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.