İdman

"Milliyə çağırılmaq sürpriz olmadı" - Amil Yunanov

17 Mart 2018 19:12
2 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, "Sumqayıt"ın hücumçusu Amil Yunanov qol.az-a müsahibə verib. O, həm Qurban Qurbanov tərəfindən milliyə dəvət almasından, həm də komandasının cari mövsümdəkı uğurlu çıxışından danışıb.

- İlk dəfə milli komandaya çağırıldın. Əvvəlcə təəssüratlarını bilmək istərdim...

-Nə deyə bilərəm. Çox sevinirəm ki, milli komandaya dəvət aldım. Əlimdən gələni edib, ümidləri doğrultmağa çalışacam.

- Bu dəvəti gözləyirdin, yoxsa sürpriz oldu?

- Yox, gözlənilməz olmadı. Açığı, Qurban Qurbanovdan dəvət gözləyirdim.

- Yəqin özün də bilirsən ki, millidə daim çıxış etmək ora çağırılmaqdan daha çətindir...

- Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Verilən fürsətdən maksimum yararlanmaq istəyirəm ki, qarşıdakı toplanışlarda da milliyə dəvət alım.

- Artıq millidə ilk məşqə çıxmısan. Düşərgədə kifayət qədər yeni futbolçu var. Komandada əhval-ruhiyyə necədir?

- Komandada yaxşı atmosfer var. Hər şey qaydasındadır. Hamı məqşlərdə əlindən gələni edir.

- Bir az da "Sumqayıt" haqda danışaq. Fasilədən sonrakı uğurlu çıxışın sirri nədədir?

- Qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Komandada özünəinam var idi. Bunun sayəsində oyunlarımız uğurlu alınır. Təbii ki, bu işdə baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirməyimiz də rol oynayır.

- Artıq 3-cü pillədəsiniz. Mövsümün əvvəlində ağlınıza gələrdi ki, ilk 3-lükdə yer alacaqsınız?

- Əlbəttə, inanmaq lazımdır. Mövsümün əvvəlindən qarşımıza müəyyən hədəflər qoymuşduq. 3-cü pillədəyik. Bundan sonra xal ehtiyatımızı artırmalıyıq ki, mövqeyimizi qoruyub-saxlaya bilək.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.