İdman

Gürcüstanlı gimnast: "Bakıda keçirilən yarışlarda hər şey yüksək səviyyədədir"

15 Mart 2018 18:08
Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakıda keçirilən yarışlarda hər şey yüksək səviyyədədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə gürcüstanlı gimnast Konstantin Kuzovkov deyib.

Gimnastın sözlərinə görə, o, idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlər üzrə təsnifat mərhələsindəki çıxışından razı qalıb:

"Normal çıxış alındı. Əvvəldə bir qədər həyəcan var idi, amma kombinasiyaları yaxşı keçdim. Mən üçüncü yeri tutdum və finala çıxdım. Ümid edirəm ki, sabah qalib gələcəyəm, ya da ən azı üçlükdə yer alacağam".

O, turnirdəki gözəl mühiti də qeyd edib: "Ötən il mən burada ilk dəfə iştirak etmişdim, Bakıda hər şey yüksək səviyyədədir. Sabah dayaqla tullanmada iştirak edəcəyəm və finala çıxmağa çalışacağam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.