İdman

"Neftçi"nin İsmət Qayıbov stadionu ilə bağlı möhtəşəm planı

16 Avqust 2011 14:48
Baxış: 1 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan çempionu "Neftçi" Bakıxanov qəsəbəsində yerləşən İsmət Qayıbov adına stadionla bağlı möhtəşəm planını həyata keçirməyə başlayıb. Azerisport.az xəbər verir ki, artıq ötən ildən bu arenanın ərazisindəki infrastrukturun daha da yaxşılaşdırılması yönündə təmir işlərinə start verilib.
 
Qeyd edək ki, paytaxt klubunun bu arena ilə bağlı çox böyük planları var. Belə ki, bu arenanın ərazisində tezliklə hotel inşa olunması, yeni məşq meydançalarının salınması, oturacaqların sayının artırılması, eləcə də klub rəhbərliyinin yerləşəcəyi ofisin yaradılması nəzərdə tutulub. Çünki "Neftçi" yaxın müddət ərzində Bakıxanov qəsəbəsinə köçməyi planlaşdırır.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.