İdman

"Uşaq səhvlərindən qapımızda qollar gördük" - Yunis Hüseynov

14 Mart 2018 23:41
1 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk növbədə, "Sumqayıt"ı təbrik edirəm. Qalib gəlmək istəyirdik. Xüsusən, ilk yarıda pis təsir bağışlamadıq. İkinci hissənin ilk 25 dəqiqəsində isə oyunu rəqibə verdik. Rəqib komanda qapımıza 2 zərbə vurdu. Uşaq səhvlərindən qapımızda qollar gördük. Bu gün 1 xala layiq idik. Dieqo da zədə üzündən oynamırdı. Qarşıdakı fasilə müddətində yaxşı hazırlaşaraq, nəticələr göstərəcəyik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XX tur matçından sonra deyib. Daha sonra 52 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Komandanızın psixoloji cəhətdən oyuna hazır olmadığını düşünmürsünüz?

- Futbolu 90 dəqiqə oynamaq lazımdır. Ya 2-ci, ya da 85-ci dəqiqədə səhvlər edirsən, qollar vurulur. İkinci qolda Cavid İmamverdiyev topu ələ keçirdikdən sonra heç kim ona yaxın oynamadı. Təcrübələri çatsaydı, qarşısını alardılar.

Sanki Dario Frederiko özünü qoruyurdu...

- Hansısa futbolçunun özünü qorumasını hiss etmədim. Dario topla çox oynamaq istəyir. Buna görə də rəqib ona yaxın oynayırdı. Süni örtüklə təbii arasında fərq ola bilər, amma inanmıram ki, buna görə olsun.

Dieqo Souzanı komandaya siz gətirmisiniz, yoxsa kənar şəxslər?

- Dieqonu mən bəyənib gətirmişəm. Bizə kənardan heç kim oyunçu gətirmir. Dieqonun bədən quruluşu elədir. Bu oyuna zədəli halda çıxmışdı. Çünki həm Samir Zərgərov, həm də Vinçester oynamırdı. "Xəzər Lənkəran"da da eyni tempdə qaçırdı. Sadəcə, meydanda qara işləri görürdü. Qarşıdakı 15 gün ərzində çalışacağıq ki, zədəli futbolçuları hazır vəziyyətə gətirək. Elə futbolçular var ki, piyada gəzəndə də ayağını dartır.

"Kəpəz"dən kiminsə milliyə çağırılacağını gözləyirsiniz?

- Dəvət etsələr, sevinərik. Amma autsayder olduğumuzdan, çətin ki, kimisə çağırsınlar. Bu, Qurban Qurbanovun səlahiyyətindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.