İdman

"Biz rəqiblərə fikir vermirik deyənlər yalan danışır" - Samir Abasov

14 Mart 2018 23:39
0 Şərh     Baxış: 518

"Əvvəlcə rəqibdən danışmaq istəyirəm. "Kəpəz" sözün həqiqi mənasında məni təəccübləndirdi. Bu komandaya qarşı oynamaq çətindir. "Kəpəz" öz oyununu tapdıqca, problem olacaq. Bizə gəldikdə, birinci hissəni Gəncədə oynadıq. İkinci hissədə isə ara məsafəsi 5 saat olsa da, tez qayıda bildik və Sumqayıtda oynadıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov evdə "Kəpəz"i 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib. 40 yaşlı mütəxəssis daha sonra juralistlərin suallarını cavablandırıb...

Bu qələbəni nəyin sayəsində əldə etdiniz?

- Futbolçulara minnətdaram ki, əllərindən gələni də, gəlməyəni də etdilər. Hazırda "Sumqayıt"da gözəl komanda ruhu yığılıb. Hesab 1:1 olduğu vaxt yanımdakı uşaqlar da deyirdilər ki, nə vaxt birini də vuracağıq. Məni də hərəkətə gətirmişdilər. Axır ki, vurduq. Paltardəyişmə otağında nələrin baş verdiyini görəsiniz. Görüləcək işlər qabaqdadır. Milliyə dəvət olunan futbolçular olacaq.

Milliyə hansı futbolçularınız dəvət alıb?

- Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə 21 yaşadək futbolçulardan ibarət yığmaya çağırılıb. Əsas millinin heyəti isə hələ açıqlanmayıb. Amma düşünürəm ki, Cavid İmamverdiyevi ən azı orada görəcəyik. 2-3 nəfər olsa, çox sevinərik.

Komandada psixoloji basqı yoxdur?

- Bura gələnədək klub prezidentinin otağında idim. Ona da dedim. Biz rəqiblərə baxmırıq, itən xallara da sevinmirik deyənlər yalan danışır. Üzərimizdəki "Hökmən udmalıyıq" yükü bizə problem yaradırdı. Qələbə olmasaydı, futbolçularla başqa cür danışardıq.

İkinci yer komanda üçün təzyiq olmayacaq?

- Təzyiq yox, məqsəd olacaq.

Rəşad Eyyubov bütün duran toplara özü yaxınlaşır. Bu tapşırıq sizdəndir, yoxsa özü gedir?

- Elə tapşırıq yox idi. Sadəcə, dayaq yarımmüdafiəçisindən çox şey tələb edirik. Kim artıq nəsə edibsə, bu oyuna görə keçirik.

Xəyal Nəcəfov niyə oynamırdı?

- Xəyal tərəfimdən cəzalanıb. Onun nizam-intizamı, yanaşması buna gətirib çıxardı. Belə davam etsə, ilin sonunadək əsas heyətə qayıtmayacaq. Belə futbolçuları ram etmək çətindir. Nə qədər başa salsaq da, xeyri olmadı. O həddə çatdırdım ki, mövsümün sonunadək onunla vidalaşacağıq. Nə qədər "yerə en" desək də xeyri olmadı. Mən onu əvəzedici heyətə o niyyətlə göndərməmişəm. Düzələcəksə, qoy əvəzedici heyətdə düzəlsin. O, artıq bizimlə deyil.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.