İdman

Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib

14 Mart 2018 22:43
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sərhədçi" Olimpiya İdman Mərkəzində kiçik yaşlı yeniyetmələr arasında (U-15) cüdo üzrə Azərbaycan birinciliyinə start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan Cüdo Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 74 klubdan 651 cüdoçu (567 oğlan, 84 qız) mübarizə aparır.

Üç gün davam edəcək ölkə birinciliyinin ilk günündə qızlarda bütün çəki dərəcələrində, oğlanlarda isə 34 kq və 38 kq çəki dərəcələrində mübarizə aparan yeniyetmə cüdoçular arasında qaliblərin adlarına aydınlıq gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.