İdman

“Qarabağ Vyana” futbol klubuna yeni baş məşqçi təyin olunub - FOTO

14 Mart 2018 22:42
0 Şərh     Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" futbol klubuna yeni baş məşqçi təyin olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, komandanın sükanı arxasına 48 yaşlı avstriyalı mütəxəssis Hans Kleer gətirilib.

O, sabahdan klubda işi başlayacaq.

Qeyd edək ki, avstriyalı məşqçi bundan əvvəl 2018-ci il yanvarın 1-dək "First Vienna" futbol klubunu çalışdırıb.

Xatırladaq ki, "Qarabağ Vyana" futbol klubu 38 yaşlı mütəxəssis Volkan Kahramanla qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.