İdman

"Neftçi" bizə imkan verdiyi qədər oynadıq" - Qurban Qurbanov

14 Mart 2018 22:16
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi"nin qonağı olan Ağdam klubu qolsuz bərabərliyə (0:0) razılaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında Qurbanov bu fikirləri səsləndirib: "Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. "Neftçi" yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım".

- Sanki İbrahim Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...

- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.

- İkinci hissədə "Qarabağ"ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?

- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

- Komandanız ikinci hissədə sanki geriyə oturdu...

- "Neftçi"nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. "Neftçi" çox istəkli idi. Amma onlar üçün də çətin anlar oldu.

- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz...

- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidi.

- "Trabzonspor"un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...

- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb, doğru qərar verməlidi.

- Ufuk Budak milliyə dəvət olunub?

- Bəli, dəvət edilib, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək. 

- Millinin heyəti nə vaxt açıqlanacaq?

- İnşallah, "Sumqayıt" - "Kəpəz" oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib, son qərarı verəcəm.

- Millidə sürpriz adlar olacaq?

- Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.