İdman

Ukraynalı gimnast Milli Gimnastika Arenası barədə təəssüratlarından danışıb - FOTO

14 Mart 2018 19:02
Baxış: 447

İdman gimnastikası üzrə FIG Dünya Kubokunun keçiriləcəyi Bakı Milli Gimnastika Arenası möhtəşəmdir və səhnədə yarışların təşkil olunmasına imkan yaradır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə ukraynalı gimnast Andrey Seniçkin deyib.

O qeyd edib ki, Bakıdakı Dünya Kuboku ilin ilk iri yarışıdır:

"Buna qədər mən Sloveniya və Almaniyada Dünya Kuboku mərhələlərində iştirak etmişəm. Bakıya ilk dəfədir ki, gəlirəm. Təəssüratlarım yaxşıdır. Bakı çox gözəl şəhərdir. Gimnastika zalı möhtəşəmdir. Burada təşkilatçılıq səviyyəsi çox yüksəkdir".

Gimnast əlavə edib ki, o bu turnirdə yalnız bir növdə iştirak edəcək: "Mən dəstəli at üzərində hərəkətlərdə iştirak edəcəyəm və mənim maksimum hədəfim finala vəsiqə qazanmaqdır. Ukrayna bu yarışda geniş tərkibdə təmsil olunub. Kiş və qadınlar arasında hər birində 4 gimnast ölkəmizi təmsil edəcək".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.