İdman

AFFA Region Liqasının oyunundakı qalmaqalla bağlı qərarlarını açıqladı

14 Mart 2018 17:41
0 Şərh     Baxış: 315

AFFA İntizam Komitəsi Region Liqasının "Gənclik" - "Füzuli" matçında baş vermiş qalmaqalla bağlı qərarlarını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, meydan sahibi olan klub və futbolçuları ciddi cəzalara məruz qalıb.  

Bildirilir ki, 90+1-ci dəqiqədə "Gənclik" klubunun azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılıb. Görüşün tam başa çatmaması səbəbindən "Gənclik" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Komandanın futbolçusu Amid Zeynalov aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb. Digər futbolçular Elman İsgəndərovla Fərid Ağabəyli hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırıldıqları üçün hərəyə 4 oyun cəzalanıb.

Bundan başqa "Gənclik" klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.