İdman

Almaniya Futbol İttifaqı mundialın boykotuna qarşı çıxıb

14 Mart 2018 17:09
0 Şərh     Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Skripalın evində zəhərlənməsindən sonra onu casus fəaliyyətinə cəlb edən İngiltərədə 2018-ci il dünya çempionatını boykot etmək barədə danışmağa başladılar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Dumanlı Albion"da hesab edirlər ki, sabiq polkovnikin həyatına sui-qəsd rus casus şəbəkəsinin işidir. İngilislər bəzi müttəfiqlərini də boykota qoşulmağa çağırırdı. Məsələyə Almaniya Futbol İttifaqı da münasibət bildirib. Goal.az xəbər verir ki, qurum Bundestimin mundiala qatılacağını açıqlayıb.

"Almaniya Futbol İttifaqı boykota deyil, dialoqa tərəfdardır. Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunları göstərdi ki, idman konfliktlərin yatmasına və insnaların birliyinə kömək edə bilər" - federasiyanın prezidenti Raynhard Qrindel deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.