İdman

Lukaku: "Növbəti mərhələyə layiq deyildik"

14 Mart 2018 17:05
3 Şərh     Baxış: 617

"Mançester Yunayted" Çempionlar liqasının 1/8 finalında "Sevilya"ya uduzaraq (1:2) mübarizəni dayandırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Old Trafford"da baş tutan qarşılaşmadan sonra "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku bunları deyib:

"Bəzi futbolçular meydanda gizlənmişdi. Fikrimcə, oyuna yaxşı başlamışdıq. Daha sonra rəqibə imkan verdik ki, nəzarəti ələ alsın. Bir neçə qol şansını reallaşdıra bilmədik. Daha sonra "Sevilya" fərqləndi. Hücumda oynamağa çalışdıq, onlar ikinci qolu vurdular. Bu qol bizə böyük zərbə oldu. Matçın sonlarında təzyiqi artırsaq da, bu kifayət etmədi. Bu gecə komandanın sahib olduğu keyfiyyətlərə görə daha yaxşı oynamalı idik. Lakin növbəti mərhələyə layiq deyildik. Nəticədən məyus olmuşuq, çünki özümüzdən gözləntilərimiz yüksək idi".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    malades · 14 Mart 17:4600

    malades....

    Cavab yaz
  • Anonim
    loğman · 14 Mart 17:5300

    Moruniyo oyunu düz qurmamışdı.Oyunçuların yerini tez-tez dəyişdirir.Ona görə də sabit oynaya bilmirlər.

    Cavab yaz
  • Anonim
    SEva · 15 Mart 12:5500

    Cox teesuf. nastroyenim yoxdur nece gundur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.