İdman

"Kəpəz" cəzalandırıldı

14 Mart 2018 17:32
0 Şərh     Baxış: 339

AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cəzalandırıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra yerli azarkeşlərin qonaq komandanın avtobusunun şüşələrini sındırmasıdır. Bu hadisə "qırmızı-qaralar"ın Gəncə şəhər stadionunun ərazisini tərk etdikləri vaxt baş verib. 

"Kəpəz" klubu "Qəbələ"nin təhlükəsizliyini tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib. Bundan başqa Gəncə klubu qonaq komandaya dəymiş ziyana uyğun olaraq təqdim ediləcək hesab əsasında ödəniş edəcək. 

Qeyd edək ki, oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.