İdman

“Bizi Azərbaycanla maraqlı oyun gözləyir” - Belaruslu futbolçu

14 Mart 2018 18:33
0 Şərh     Baxış: 491

"Hər zaman ölkəmin yığması üçün oynamağa hazıram. Düzdür, ötən il bəzi oyunlara dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus millisinin üzvü İqor Şitov deyib. "Astana" klubunun şərəfini qoruyan müdafiəçi Qazaxıstan mətbuatına açıqlamasında martın 23-də yığmamızla keçirəcəkləri oyuna da toxunub: "Martın 23-də Bakıda Azərbaycan, 27-də isə Lyublyanada Sloveniya ilə oynayacağıq. Düşünürəm ki, bizi maraqlı oyunlar gözləyir".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda martın 23-də keçiriləcək Azərbaycan - Belarus matçı saat 20:00-da başlayacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.