İdman

"Qəbələ"nin futbolçusu: "Çempionluq 90 faiz əldən gedib"

14 Mart 2018 14:34
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" komandasının futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasının XX turunda "Keşlə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra müsahibə verib.

Milli.Az report-a istinadən həmin müsahibəni təqdim edir:

- Qələbə qazanmağınıza nə mane oldu?

- Yaxşı oyun getdi, sayılmayan qolumuz oldu.

- Ruslan Qurbanovun 90+2-ci dəqiqədə vurduğu qolda oyundankənar vəziyyətin olmadığını əminliklə söyləyə bilərsinizmi?

- Bəli, gördük. Tər-təmiz qol idi, sayılmadı. Qol anında da oyundankənar vəziyyət olmadığını gördüm və yaxınlaşıb yan xətt hakiminə etirazımı bildirdim. Matçdan sonra epizodun görüntülərinə baxanda qolun qaydalar çərçivəsində vurulduğunu gördük. Konkret olaraq, "ofsayd" yoxdur.

- Lehinizə verilməyən penalti epizodu barədə nə deyə bilərsiniz?

- Bəli, penalti idi.

- Bu cür yanlış qərarlar səhvdir, yoxsa qərəz?

- Onu deyə bilmərəm. Özləri, Allahları bilsin.

- Ümumilikdə komandanız necə təsir bağışladı?

- Axır vaxtlar bir az bəxtsizlik başımızın üstünü alıb. Son matçlarda öz qapımıza iki qol vurmuşuq. Bu da nəticəyə təsirini göstərib. Futbolda belə şeylər olur. Ancaq ardıcıl iki avtoqol bəxtsizlkdir.

- Özü də avtoqol müəllifləri komandanızın iki aparıcı müdafiəçiləri - Vitali Vernidub və Voislav Stankoviçdir. Birincisi "Səbail"lə görüşdə fərqlənib, digəri "Keşlə" ilə qarşılaşmada...

- Bu barədə də bir söz demək çətindir.

- Lider "Qarabağ"ın sizdən uzaqlaşması da psxioloji duruma mənfi təsir göstərir?

- "Qarabağ"dan çox uzaqlaşmaq istəmirik. Həmçinin aşağı pillədəki komandalar da yavaş-yavaş bizə çatırlar. "Sumqayıt" və "Zirə"ni qeyd edərdim. "Zirə" qış fasiləsində sonra xallar itirsə də, ola bilər ki, sabah çıxıb yaxşı oynasın. "Qarabağ"dan uzaqlaşırıqsa, heç olmasa, digərləri bizə çatmasınlar.

- Bundan sonra daha çox Asərbaycan Kubokuna motivasiya olacağınızı demək olar?

- Deməzdim. Ən azı ikinci yeri əldən vermək istəmirik. Belə götürsək, çempionluq 90 faiz əldən gedib. İkinci pillədən də aşağı düşmək istəmirik. Vaxtı çatanda kuboka da hazırlaşacağıq.

- Komandanız ötən mövsüm də ikinci yeri tutub. Gümüş medal sizi nə dərəcədə qane edir?

- Biz çempionluğa oynayırıq.

- Ötən mövsüm "Qarabağ"la daha ciddi mübarizə aparırdınız və bu çəkişmə son turlara qədər davam etdi. İndi isə hələ 8 tur qalıb...

- Çempionluğa oynayırıq, rəhbərlik də bunu tələb edir. Amma buna hələlik gücümüz yetmir. Elə bil ki, nəsə çatmır.

- Kapitan Cavid Hüseynovun yoxluğu oyununuza nə dərəcədə təsir etdi?

- Bunu siz kənardan görürsünüz. Bu barədə heç nə deyə bilmərəm.

- Zədələnməyi də kuryoz olub: Tennisbol oynayan zaman xəsarət alıb...

- Belə hallar olur. Mənim də başıma gəlib. Topu elə-belə vurmuşam, zədələnmişəm. Caviddə lap kuryoz oldu. Bəxtsizlikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.