İdman

Valbuena keçmiş klubunu məhkəməyə verdi

14 Mart 2018 14:15
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın futbolçusu Matyö Valbuena keçmiş klubu Fransa "Marsel"ini məhkəməyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi üst-üstə 618 min avro tələb edir. Bu məbləğdən 568 min avrosunu fransalı oyunçunun keçmiş agenti Kristof Yuttoya ödədiyi, 50 min avrosu isə ona dəyən mənəvi ziyandır.

Valbuenanın iştirakı ilə qalmaqal 2014-cü ilin yayında "Marsel"dən Rusiyanın "Dinamo" (Moskva) klubuna keçdiyi vaxt baş verib. Oyunçu agentinə pulu, transferini yay pəncərəsinin sonunadək yekunlaşdıracağı təqdirdə ödəməli imiş. Lakin transfer baş tutsa da, o, həmin vəsaiti ödəməyib. Nəticədə agentinə olan borc üzündən Valbuenanın "Porsche Cayenne" markalı avtomobili məhkəmə tərəfindən müsadirə olunub. Sonradan Valbuena borcunu bağlasa da, pullarını geri istəyib. Təcrübəli oyunçunun sözlərinə görə, "Marsel"in prezidenti Vensan Labrün transferin gerçəkləşdiyi vaxt klubun agentə lazımi miqdarda vəsaiti futbolçunun mükafatları hesabına ödəcəyinə dair şifahi öhdəlik götürüb. 

İşlə bağlı qərar iyunun 13-də çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.