İdman

"Traxtor" yenə heç-heçə etdi

14 Mart 2018 14:11
0 Şərh     Baxış: 357

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traxtor" də bu turnirdə növbəti matçına çıxıb. Türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın çalışdırdığı Təbriz klubu bu dəfə doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" komandası ilə üz-üzə gəlib. Təbrizlilər bu görüşdən heç-heçə ilə ayrılıblar - 1:1.

Xatırladaq ki, "Traxtor" ilk turda doğma meydanda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Əhli"yə 0:1, ikinci turda isə səfərdə Qətərin "Əl-Qarafa" klubuna uduzmuşdu - 0:3. Təbriz klubu ilk xalını ötən tur məhz "Əl-Cəzirə" ilə səfər oyununda qazanmışdı - 0:0.

A qrupunda yer alan "Traxtor" hazırda 2 xalla sonuncudur. Təbriz təmsilçisi növbəti matçını aprelin 3-də səfərdə "Əl-Əhli"yə qarşı keçirəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.