İdman

Amerikalı investor Avropada yeni turnir keçirəcək

14 Mart 2018 19:34
0 Şərh     Baxış: 345

Avropa klubları arasında yeni turnir keçirilə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu ideyanın müəllifi amerikalı investor Stiven Rossdu. O, Avropanın top-klubları arasında Superliqa təşkil etməyi planlaşdırır.

İnvestor məsələ ilə bağlı artıq bəzi klubların rəhbərləri ilə müzakirələr də aparıb. İlkin məlumata görə, turnirdə "böyük beşlik"dən 24 komandanın iştirakı nəzərdə tutulur.

Turnir qapalı olacaq. Yəni çempionata yeni gələn və onu tərk edən komandalar olmayacaq. Almaniya mətbuatı iddia edir ki, bu ölkədən turnirə yalnız "Bavariya" və Dortmund "Borussiya"sı dəvət alacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.