İdman

PAOK-un prezidenti üzr istədi - Məqsədim rəqib komandaya və ya hakimə...

14 Mart 2018 13:16
0 Şərh     Baxış: 566

Yunanıstan Super Liqasının AEK-lə ev oyununda meydana silahla daxil olaraq gündəmə gələn PAOK-un prezidenti İvan Savvidi üzrxahlıq mesajı yayımlayıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 50 yaşlı klub prezidenti meydana silahla çıxmaqda pis niyyətinin olmadığını bildirib:

"Bütün PAOK, yunan və dünya futbol azarkeşlərindən üzr istəyirəm. Etdiyim hərəkətə görə təəssüf edirəm. Meydana elə girməyə haqqım yox idi. Hisslərim məni buna məcbur etdi. İnanın mənə, məqsədim rəqib komandaya və ya hakimə ziyan vurmaq deyildi. Heç kimi təhdid etməmişəm. Düzgün futbol üçün mübarizəmi davam etdirəcəm. Bir daha hamıdan üzr istəyirəm".

Xatırladaq ki, PAOK-AEK qarşılaşmasında hesab 0:0 olan zaman, matça əlavə olunmuş dəqiqələrdə oyunun baş hakimi Saloniki təmsilçisinin qolunu saymamış, bundan qəzəblənən Savvidi isə üzərində silahla meydana daxil olmuşdu. Bundan sonra yerli azarkeşlər də meydançaya axışmış, oyun isə təxirə salınmışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.