İdman

Şitov millimizlə oyun haqda: "Bizi çox maraqlı matç gözləyir"

14 Mart 2018 19:57
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yığmanın formasını geyinməyə həmişə hazıram.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus millisinin və "Astana" klubunun futbolçusu İqor Şitov deyib.

Bu ay bir araya gələcək Belarus yığması Azərbaycan və Sloveniya ilə yoldaşlıq matçları keçirəcək. Bu oyunlar üçün açıqlanan heyətdə Şitov da yer alıb.

Qazaxıstan mətbuatına açıqlama verən sağ cinah müdafiəçisi müəyyən fasilədən sonra yenidən milliyə çağırılmasına toxunub. 31 yaşlı futbolçu həm Bakıda, həm də Lyublyanada onları maraqlı görüş gözlədiyini bildirib: "Düzdü, ötən il yığmanın bir neçə görüşünə dəvət almadım. Bu, məşqçilər korpusunun qərarı idi. Bu dəfə isə məni çağırmağı lazım bildilər. İlk yoxlama oyunumuzu Bakıda keçirəcəyik. Martın 23-də Azərbaycanla qarşılaşdıqdan sonra Lyublyanaya yollanacağıq. Çünki ayın 27-də Sloveniya ilə yoldaşlıq matçı keçirəcəyik. Düşünürəm ki, bizi çox maraqlı oyunlar gözləyir".

Qeyd edək ki, İqor Şitov 2008-ci ildən dəvət aldığı Belarus millisində 54 oyunda 1 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.