İdman

Mourinyo: "Futbolçularımın əllərindən gələni etmədiklərini deyə bilmərəm"

14 Mart 2018 11:59
0 Şərh     Baxış: 927

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Sevilya"nı qəbul edən "mankunianlar" 1:2 hesabı ilə uduzaraq, turnirdə mübarizəni dayandırıblar.

Milli.Az goal.az xəbər verir ki, matçdan sonra məğlubiyyəti şərh edən Mourinyo bunları deyib: "Aqressiv oynamağa çalışdıq, amma qol epizodlarını dəyərləndirməkdə çətinlik çəkdik. İlk qolun həlledici rol oynayacağı məlum idi. Bu, yalnız nəticəyə yox, matçın xarakterinə də təsir edəcəkdi. Elə də oldu. Vaxt keçdikcə "Sevilya" topa daha çox nəzarət etməyə başladı. Rəqib qapısı önündə təhlükəli olmağa başladığımız vaxt qonaqlar qol vurdular və bu, hər şeyi dəyişdi. Buraxdığımız ikinci qol isə işimizi daha da qəlizləşdirdi. Amma futbolçularımın əllərindən gələni etmədiklərini deyə bilmərəm".

Portuqaliyalı çalışdırıcı komandasının ehtiyatlı futbol oynaması fikri ilə razılaşmayıb: "Meydanda hücumda oynayan çoxlu futbolçumuz var idi. Linqard və Fellainiyə sərbəstlik vermişdik. Hər ikisi qol vura bilərdi. Üç hücumçu ilə oynayırdıq. "Həddindən artıq ehtiyatlı oynadıq" fikri ilə razı deyiləm".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.