İdman

“Qarabağ”da gözlənilməz istefa

14 Mart 2018 11:23
0 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" futbol klubu baş məşqçi Volkan Kahramanla yollarını ayırıb.

Milli.Az klubun rəsmi Fcebook səhifəsinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son verilib.

"Qarabağ Vyana"nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: "Volkan hər zaman "Qarabağ" ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq".

Qeyd edək ki, Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.