İdman

"Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var"

14 Mart 2018 11:05
0 Şərh     Baxış: 1 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı deputatların Bakıda keçirilmiş futbol turnirində iştirak edərkən beş sabiq futbolçudan istifadə etməsi hələ də sosial şəbəkədə müzakirə olunmaqdadır.

Milli.Az xəbər verir ki, oxu.az Milli Məclis komandasında qapıçımız olan Hüseyn Məhəmmədovla əlaqə saxlayıb.

Azərbaycan millisinin və "Turan", "Kəpəz", "Şəmkir", "Neftçi" kimi klubların qolkiperi olmuş Məhəmmədov Milli Məclisin işçisi olduğunu bildirib:

"Biz bu vətənin əsgərləriyik. Hara çağırılsaq, ora da gedəcəyik. Biz əvvəl də Milli Məclisin komandasında oynamışıq. Oranın İdman şöbəsi var. Həmin şöbənin işçiləri sayılırıq. Maaş almasaq da, Milli Məclislə müqaviləmiz var.

Belə futbol turnirləri olanda iştirak edirik. Ötən il Türkiyədə komandamız II yeri tutanda da biz oynayırdıq. Burada qeyri-adi bir şey yoxdur. Biz vətənə olan borcumuzu yerinə yetiririk. Qarşı tərəfdə də futbolçular vardı. Məsələn, Türkiyə millisində də Saffet Sancaklı adında futbolçu var idi (haşiyə: "Beşiktaş", "Qalatasaray" və "Fənərbaxça"nın hücumçusu olmuş Sancaklı Türkiyə Böyük Millət Məclisində MHP-nin deputatıdır - S.T.)".

Sosial şəbəkədə "Neftçi" və "Şəmkir"in sabiq futbolçusu Mehman Yunusovun deputat Rəşad Mahmudovun forması ilə çıxmasına gəlincə, yeddiqat Azərbaycan çempionumuz buna belə münasibət göstərib:

"O, Latviya ilə ilk oyunda çıxış etməmişdi. Yalnız final matçında oynadı. Onun niyə başqa forma ilə çıxış etdiyini bilmirəm. Öz adımdan deyə bilərəm ki, mənim formamın arxasında öz soyadım yazılmışdı. Bunu mən göstərə də bilərəm".

Qeyd edək ki, bu turnirdə sabiq futbolçulardan Musa Qurbanov, Hüseyn Məhəmmədov, Əli Abışov, Mehman Yunusov və Vasif Haqvardiyev iştirak edib. Nəticədə komandamız ukraynalı deputatları 2:1 hesabı ilə yenərək turnirin qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.