İdman

Şəhriyar Məmmədyarov autsayderə qarşı

14 Mart 2018 10:42
0 Şərh     Baxış: 786

Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

Milli.Az apasport.az-a istinadən, bu gün keçiriləcək IV turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Uesli So ilə qarşılaşacaq.

Həmyerlimiz autsayder olan ABŞ təmsilçisinə qarşı ağ fiqurlarla oynayacaq. Məmmədyarov qalib gələcəyi halda, liderlər qrupundakı yerini möhkəmlədəcək. Çünki turnir cədvəlinin birincisi Vladimir Kramnikin Fabiano Karuana ilə görüşdə xal itirmək ehtimalı yüksəkdi.

İddiaçılar turniri - IV tur

Aleksandr Qrişuk (2767, Rusiya) - Liren Ding (2769, Çin)

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Uesli So (2799, ABŞ)

Vladimir Kramnik (2800, Rusiya) - Fabiano Karuana (2784, ABŞ)

Sergey Karyakin (2763, Rusiya) - Levon Aronyan (2794, Ermənistan)

Turnir cədvəli: Kramnik - 2,5; Məmmədyarov, Karuana - 2; Ding, Qrişuk - 1,5; Aronyan, Karyakin - 1; So - 0,5

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.