İdman

Əzəli rəqiblərin duelində sülh, "Sumqayıt" 3-cü pillədə - YENİLƏNİR

14 Mart 2018 22:06
0 Şərh     Baxış: 1 229

22:06

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həftəyə 3 qarşılaşma ilə son qoyulub.

İkinci oyun gününə Zirədə start verilib. Premyer Liqanın ən gənc kollektivləri "Səbail" və "Zirə" sonuncuların meydanında üz-üzə gəliblər. Son iki turda xal üzünə həsrət qalan komandalara mövqeyini qorumaq üçün qələbə vacib idi. "Səbail" 7-ci pilləyə düşmək, "Zirə" isə "üçlük"dəki yerini itirmək təhlükəsi ilə üz-üz qaldığından, meydana qalibiyyət üçün çıxmışdı. Lakin paytaxt derbisində qələbə qazanan olmayıb. "Zirə" ilk hissədə hesabda önə keçsə də, fasilədən sonra qonaqlar tarazlığı bərpa edə biliblər. Nəticədə tərəflər meydandan hərəyə 1 xalla ayrılıblar. 

Turun mərkəzi matçında əzəli rəqiblər "Neftçi" ilə "Qarabağ" üz-üzə gəlib. Azərbaycan çempionatlarının daimi iştirakçıları 8-ci km qəsəbə stadionunda qarşılaşıblar. Son iki görüşdə xal itirməyən Tərlan Əhmədovun yetirmələri lideri də büdrətmək əzmində, 11 turdu uduzmayan ağdamlılar isə uğurlu seriyanı davam etdirməklə çempionluğa doğru addım atmaq niyyətində idi. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda qol olmayıb. 

Fasilə öncəsi son matç Sumqayıtda keçirilib. 3-cü pilləyə yüksəlmək üçün çalışan "Sumqayıt" çempionatın autsayderi "Kəpəz"i qəbul edib. 7 turdu uduzmayan Samir Abasovun yetirmələri yenə uğurlu nəticə ilə azarkeşlərini sevindiriblər. İlk qolu qonaqlar vursa da, "Sumqayıt" vəziyyəti dəyişməyi bacarıb və əzmkar qələbə qazanıb - 2:1. Bununla da, "gənclik şəhəri" təmsilçisi turnir cədvəlində 3-cü pilləyə yüksələrək, "Zirə"ni qabaqlayıb. 

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (çərşənbə)

"Sumqayıt" - "Kəpəz" - 2:1

Qollar: Bəhlul Mustafazadə, 72; Cavid İmamverdiyev, 89 - İqor Korotetski, 44

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt şəhər stadionu

"Sumqayıt": 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov

"Kəpəz": 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Frederiko, 16. Giuli Manjqaladze, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 48. Dieqo Souza, 9. İlkin Sadıqov
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 10. Tural Rzayev, 3. Dedimar Ferreyra
Baş məşqçi: Yunis Hüseynov

"Neftçi" - "Qarabağ" - 0:0

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

8-ci km stadionu

"Neftçi": 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 26. Ömər Buludov, 20. Elnur Süleymanov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 9. Lukas Qomes, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya
Baş məşqçi: Tərlan Əhmədov

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 32. Elvin Yunuszadə, 77. Vild-Donald Gerrye, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

"Zirə" - "Səbail" - 1:1 

Qollar: Aleksandr Dedov, 17 - Nikoloz Apakidze, 54

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Fazil Mürşüdov

Zirə İdman Kompleksinin stadionu

"Zirə": 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 8. Milan Duriç, 9. Aleksandr Dedov, 14. Tellur Mütəllimov, 18. Yani Urdinov, 38. İlkin Muradov, 43. Riçard Qadze

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 17.Vüsal İsgəndərli, 23. Yovan Krneta, 29. Comal Uilyams, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev, 98. Elçin Əliyev

Baş məşqçi: Ayxan Abbasov

"Səbail": 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 17. Vüqar Nadirov (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov, 99. Maudo Jarjue

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Kərim Diniyev, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 18. Aqşin Qurbanlı, 13. Ayron Stati, 24. Ruslan Əmircanov, 98. Kamran Əliyev

Baş məşqçi: Samir Əliyev

Turnir cədvəli

1

Qarabağ

20

15

4

1

30-7

49

2

Qəbələ

20

12

3

5

34-20

39

3

Sumqayıt

20

10

4

6

26-21

34

4

Zirə

20

9

6

5

28-20

33

5

Neftçi

20

8

3

9

24-22

27

6

Səbail

20

5

3

12

14-28

18

7

Keşlə

20

4

4

12

17-32

16

8

Kəpəz

20

3

1

16

13-36

10

Bombardir: Baqali Dabo ("Qəbələ") - 12 qol

08:28

Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həftəyə 3 qarşılaşma ilə son qoyulacaq.

İkinci oyun gününə Zirədə start veriləcək. Premyer Liqanın ən gənc kollektivləri "Səbail" və "Zirə" sonuncuların meydanında üz-üzə gələcək. Son iki turda xal üzünə həsrət qalan komandalara mövqeyini qorumaq üçün qələbə vacibdi. "Səbail" 7-ci pilləyə düşmək, "Zirə" isə "üçlük"dəki yerini itirmək təhlükəsi ilə üz-üzədir. Bu il keçirdiyi 5 matçda qələbə qazana bilməyən Ayxan Abbasovun yetirmələri "qara zolaq"dan çıxmaq üçün debütantı mövsümdə 3-cü dəfə yenməlidi.

Turun mərkəzi matçında əzəli rəqiblər "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Azərbaycan çempionatlarının daimi iştirakçıları 8-ci km qəsəbə stadionunda qarşılaşacaq. Son iki görüşdə xal itirməyən Tərlan Əhmədovun yetirmələri lideri də büdrətmək əzmindədi. 11 turdu uduzmayan ağdamlılar uğurlu seriyanı davam etdirməklə çempionluğa doğru addım atmaq niyyətindədi. Son 4 matçı qolsuz tərk etməyən Qurban Qurbanovun yetirmələri 10 xallıq fərqin əriməməsi üçün meydandan qələbə ilə ayrılmalıdı.

Fasilə öncəsi son oyun Sumqayıtda keçiriləcək. 3-cü pilləyə yüksəlmək üçün çalışan "Sumqayıt" çempionatın autsayderi "Kəpəz"i qəbul edəcək. 7 turdu uduzmayan Samir Abasovun yetirmələri doğma azarkeşlər önündə növbəti qələbə qazanmağa köklənib. Ardıcıl 9 matçdı qol buraxan qərblilər xal həsrətini bitirmək iddiasındadı.

Azərbaycan Premyer Liqası

XX tur

14 mart (çərşənbə)

17:00. "Zirə" - "Səbail"

Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Fazil Mürşüdov

Zirə İdman Kompleksinin stadionu

18:00. "Neftçi" - "Qarabağ"

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Murad Məmmədov

8-ci km stadionu

20:00. "Sumqayıt" - "Kəpəz"

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elşən Acalov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Vüsal Əliyev

Sumqayıt şəhər stadionu

Turnir cədvəli

1

Qarabağ

19

15

3

1

30-7

48

2

Qəbələ

20

12

3

5

34-20

39

3

Zirə

19

9

5

5

27-19

32

4

Sumqayıt

19

9

4

6

24-20

31

5

Neftçi

19

8

2

9

24-22

26

6

Səbail

19

5

2

12

13-27

17

7

Keşlə

20

4

4

12

17-32

16

8

Kəpəz

19

3

1

15

12-34

10

Bombardir: Baqali Dabo ("Qəbələ") - 12 qol

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.