İdman

“Gözüyumulu oynayırlar” – Slavik Alxasov

13 Mart 2018 22:56
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ" ilə oyundan 1 xalla ayrılan "Keşlə"nin müdafiəçisi Slavik Alxasov matçdan sonra sualları cavablandırıb.

- Nəticədən razı qaldız?

- Ədalətli nəticə, məncə, heç-heçə idi. Rəqibin hücum xətti çox güclü idi, bilirdik ki, çətin olacaq bu oyun.

- Necə oldu ki, "Neftçi"yə məğlubiyyətdən sonra toparlanmağı və bu gün ən yaxşı oyunlarınızdan birini keçirməyi bacardnız?

- Həmin oyundan sonra komandadaxili iclas oldu. Dedilə ki, "Neftçi" ilə qarşılaşmanı unudaq, "Qəbələ" ilə görüşə hazırlaşaq. Bu gün normal oynadıq. Toparlanmağı bacardıq. Klub prezidenti Zaur Axundov da bizə dəstək verdi. Bildirdi ki, futboldu, hər şey ola bilər.

- Mübahisəli epizodlar oldu, xüsusilə də penaltilərlə bağlı. Hakimlikdən razı qaldınız?

- Məncə, hakim oyunu yaxşı idarə etdi, elə bir problem görmədim. Şəxsən mən razı qaldım.

- "Keşlə"nin potensialı pis deyil, amma hələ də istədiyi kimi çıxış edə bilmir. Sizə nə mane olur?

- Qış fasiləsindən sonra 6 oyuna çıxmışıq. Özünüz də görürsünüz ki, yavaş-yavaş uyğunlaşırıq. Bir az irəliləyişə nail olmuşuq. İrəlidə Sezar, Tçami kimi futbolçular var. Yaxşı, topla oynaya bilən futbolçulardı.

- Amma deməliyik ki, qışda gələn bəzi futbolçular hələ də komandaya kömək edə bilmirlər. Klennon və Sohna gözlənildiyi kimi çıxış etmir. Bəlkə də bu gün Ebrima Sohnanın oynamaması komandaya daha yaxşı təsir göstərdi...

- Bunu deyə bilmərəm, məşqçinin işidir. Onların da potenisalı yaxşıdır. Lakin məşqçinin işinə qarışa bilmərəm. Bugünkü heyət uğurlu alındı.

- Bütün gücünüzü kuboka yönləndirmisiniz?

- Bəli, kubok bizim üçün vacibdi. "Sumqayıt" da güclü komandadır. Azərbaycanda yaxşı ötürmə ilə oynayan iki komandadan biridi. Baş məşqçiləri Samir Abasovu da tanıyıram. Onun rəhbərliyi altında oynamışam. Çox yaxşı, aqressiv mütəxəssisdir. Oyun taktikası güclüdü. Kubokda onları keçmək istəyirik. Təbii ki, "Sumqayıt" da bu haqda fikirləşir.

- "Sumqayıt" qış fasiləsindən sonra məğlub olmayıb. Bu məqam sizi qorxutmur ki?

- "Sumqayıt" çox yaxşı oynayır. Onlar artıq qurulmuş komandadır. Futbolçuları ötürməni baxmadan verirlər. Gözüyumulu oynayırlar. Bunun da 99 faizi baş məşqçilərindən asılıdır.

- Bəs öz məşqçiniz haqqında nə deyə bilərsiz? Yuri Maksimov da "Keşlə"də yenidir...

- Güclü mütəxəssisidr. Komandada futbolçuların deyib-gülməsini, şən olmasını, ab-havanın yaxşı olmasını istəyir. Futbolçulara deyir ki, tək-tək gəzməyin, bir yerdə olun, çay için, danışın. Mehribançılıq olmasını tələb edir. Yaxşı mütəxəssisdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.