İdman

Mərakeş mundiala ev sahibliyinə can atır

13 Mart 2018 21:04
0 Şərh     Baxış: 364

Mərakeş futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə çalışır.

"Mərakeş-2026" təşkilat komitəsinin rəhbəri Mulay Xafid Elaləmi İordaniyaya səfər edərək mundiala ev sahibliyi ilə bağlı Qərbi Asiya ölkələrinin dəstəyini almağa çalışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünya çempionatına ev sahibliyinə dair martın 16-da FIFA-ya təqdim ediləcək iddia ərizəsini İordaniya Futbol Federasiyasının və Qərbi Asiya Ölkələri Futbol Federasiyaları Assossasiyasının prezidentinə təqdim edən M.X.Elaləmi ölkəsinin namizədliyinin dəstəklənməsini istəyib.

Xatırladaq ki, Qərbi Asiya Ölkələrinin Futbol Federasiyaları Asossasiyasına 12 ölkə daxildir. Mərakeş Afrika dövlətləri ilə yanaşı, bu ölkələrin də dəstəyinə ümid bəsləyir.

Dünyanın 221 ölkəsinin Futbol Federasiyasının nümayəndələri bu ilin iyununda Moskvada XXIII dünya çempionatına ev sahibliyi etmək iddiasında olan Mərakeş Krallığı və birgə ərizə ilə çıxış etmiş ABŞ, Meksika və Kanadnın namizədliyi arasında seçim edəcəklər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.