İdman

Azərbaycanda futbolçular toyda içdilər - oyuna getmədilər

13 Mart 2018 15:56
1 Şərh     Baxış: 3 887

AFFA-nın keçirdiyi Region Liqasının "Oğuz" - "Şirvan" (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.

Səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:

"Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.

Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər".

Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul Moskva · 13 Mart 18:5510

    Bılbler ki onsuzda uduzacaglar ona gorde ıcıb gedmeyubler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.