İdman

Ulduz futbolçu əsgərliyə çağırıldı

13 Mart 2018 14:24
0 Şərh     Baxış: 1 036

"Tottenhem"in yarımmüdafiəçisi Hun-Min Son ölkəsi Cənubi Koreyada əsgərliyə çağırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını bitirə bilər.

Məsələ burasındadı ki, Cənubi Koreyada əsgərlik məcburidi. Son da həmyerliləri kimi, 21 ay hərbi xidmətdə olmalıdı. Əks təqdirdə, onu həbs cəzası gözləyir. Yığma üzvünün əsgərlikdən yayınmaq üçün bir yolu var. Cənubi Koreya qanunlarına görə, yalnız Olimpiadalarda və Asiya Oyunlarında medal qazanan futbolçular istəsələr, əsgərliyə getməyə bilərlər. Sonun yeganə şansı da avqustda keçiriləcək Asiya Oyunlarında medal qazanmaqdı.

Ümumiyyətlə, Cənubi Koreyada bir çox məşhur sima vətəndaşlığını dəyişərək, hərbi xidmətdən yayınıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.