İdman

Qabi Qrizmann haqda: ""Atletiko" hamının ürəyində ola bilməz"

13 Mart 2018 19:42
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun kapitanı Qabi Fernandes Antuan Qrizmannın bu mövsümün sonu başqa kluba mümkün transferinə münasibət bildirib.

Milli.Az-ın qol.az-a istinadən yaydığı xəbərə görə, o deyib:

"Qrizmann xüsusi oyunçudur, burda onu hamı sevir. Əgər Antuan komandamızı tərk etmək istəsə, onun qərarına hörmətlə yanaşacağıq. Mən heç kimi məcbur edə bilmərəm ki, "Atletiko"nu sevsin. Onu da başa düşürəm ki, "Atletiko" bütün oyunçuların ürəyində ola bilməz. Nə qədər ki, Qrizmann komandamızdadır və uğurumuz üçün çalışır, o, müdafiə olunmağı da haqq edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.