İdman

Şeydayev “Trabzonspor”a qayıdır?

13 Mart 2018 11:56
0 Şərh     Baxış: 699

"Qarabağ"ın hücumçusu Ramil Şeydayev mövsümün sonunda klubundan ayrılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin haber61.net saytı yayıb.

Hazırda Ağdam klubunda icarə əsasında çıxış edən Azərbaycan millisinin üzvü yayda müqavilə ilə məxsus olduğu "Trabzonspor"a qayıdacaq. Lakin onun "bordo-mavililər"də qalıb-qalmaması özüdən asılıdı.

Belə ki, "Trabzonspor"un baş məşqçisi Rıza Çalımbay 21 yaşlı forvardı yay təlim-məşq toplanışında sınamaq fikrindədi. Əgər həmin hazırlıqda Şeydayev özünü yaxşı tərəfdən göstərə bilsə, çalışdırıcı onu komandada saxlayacaq.

"Trabzonspor"un transfer qadağası olduğundan, Ramilin Qara dəniz təmsilçisində qalmaq şansı daha çox qiymətləndirilir. Ancaq bunun üçün hücumçu ilk növbədə çalışdırıcının gözünə girməyi bacarmalıdır. Əks təqdirdə, onun yenidən icarəyə verilməsi istisna deyil.

Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm "Qarabağ"ın heyətində ümumilikdə 11 oyun keçirib, aktivinə qol yazdıra bilməyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.