İdman

Şəhriyar Məmmədyarovdan ardıcıl ikinci heç-heçə

13 Mart 2018 11:29
0 Şərh     Baxış: 875

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün III turun görüşləri baş tutub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib. Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2 xal var.

Bu nəticələrdən sonra Kramnik 2,5 xalla liderliyə yüksəlib. Məmmədyarovla Karuana 2 xalla 2-3-cü yerləri bölüşür. Hərəyə 1,5 xalı olan Din Lijen və Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6-7-ci pillələri bölüşən Aronyanla Karyakinin hərəyə 1 xalı, son pillədəki Sonun isə 0,5 xalı var.

IV turda Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Həmçinin, Qrişuk - Lijen, Kramnik - Karuana və Karyakin - Aronyan görüşləri keçiriləcək.

İlk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda isə erməni Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.