İdman

Rəfiyev Abdullayevi “Sumqayıt”a aparır

13 Mart 2018 20:30
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin sabiq məşqçisi Elxan Abdullayevin işsiz günləri başa çatmaq üzrədir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, son olaraq "Neftçi"ni çalışdıran mütəxəssis gələn mövsüm yenidən sevimli peşəsi ilə məşğul olmağa yaxındır.

Ötən il, avqustun 21-də "Neftçi"dən istefa verən Abdullayevin növbəti dayanacağı çox güman ki, "Sumqayıt" olacaq. Ancaq onun "gənclik şəhəri" təmsilçisində baş məşqçi postunu tutması gözlənilmir.

"Sumqayıt"ın yeni rəhbəri Riad Rəfiyev yaxşı münasibətdə olduğu mütəxəssisin işsiz qalmasından narahatdı. Bu səbəbdən o, Abdullayevi yanına aparmağın planlarını cızır. Təbii ki, komandanın uğurlu çıxışı və yerli azarkeşlərin baş məşqçi Samir Abasova olan sevgisi yığmamızın sabiq məşqçisinin "patron" olmaq şansını hələlik heçə endirir. Bunu nəzərə alan Rəfiyev dostuna yeni klubunda bir iş tapmağa çalışır. Hazırkı vəziyyətdə ən ideal vəzifə Abasovun köməkçisi olmaqdır.

Hər halda, məşqçilik karyerası ərzində əsasən köməkçi kimi çalışmış Elxan Abdullayevin buna "yox" deməsi inandırıcı deyil. Bu üzdən 48 yaşlı mütəxəssisi yeni mövsümdən böyük ehtimalla "Sumqayıt"da görəcəyik.

Qeyd edək ki, Kamran Quliyevin bu yaxınlarda "Neftçi"yə keçidindən sonra Riad Rəfiyev "Sumqayıt"ın prezidenti postuna təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.