İdman

"İnter Arena"da ukraynalıların dueli - YENİLƏNİR

13 Mart 2018 08:08
0 Şərh     Baxış: 374

Azərbaycan Premyer Liqasında XX tura start verilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq tur iki gün ərzində keçiriləcək.

Bu gün turun ilk görüşü oynanılacaq. "Keşlə" "İnter Arena"da "Qəbələ"ni qəbul edəcək. Bu oyunla bağlı əsas diqqətçəkən məqam ukraynalı mütəxəssislərin duelidi. Belə ki, qışda paytaxt klubunun "sükanı arxası"na keçən Yuri Maksimov Azərbaycan karyerasında ilk dəfə həmyerlisi Roman Qriqorçukla üz-üzə gələcək.

Hər iki komandanın son turlar məhsuldarlıq nümayiş etdirməsi qarşılaşmaya marağı daha da artırır. Bakılılar son 5, qəbələlilər son 4 oyunda meydanı qolsuz tərk etməyiblər. Paytaxt təmsilçisi qələbə ilə ən azı bir günlük 7-ci yerdən qurtulmağa, bölgə klubu isə 2-ci pillədəki mövqeyini möhkəmlətməyə çalışacaq.

Azərbaycan Premyer Liqası

XX tur

13 mart (çərşənbə axşamı)

15:30. "Keşlə" - "Qəbələ"
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov

"İnter Arena"

İlk iki dövrədəki oyunlar: 1:2, 0:3

1

Qarabağ

19

15

3

1

30-7

48

2

Qəbələ

19

12

2

5

33-19

38

3

Zirə

19

9

5

5

27-19

32

4

Sumqayıt

19

9

4

6

24-20

31

5

Neftçi

19

8

2

9

24-22

26

6

Səbail

19

5

2

12

13-27

17

7

Keşlə

19

4

3

12

16-31

15

8

Kəpəz

19

3

1

15

12-34

10

Bombardir: Baqali Dabo ("Qəbələ) - 11 qol

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.