İdman

"Hamburq"un baş məşqçisi istefaya göndərilib

13 Mart 2018 08:28
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Hamburq" klubunun rəhbərliyi futbol üzrə ölkə çempionatının 26-cı tur matçında "Bavariya"ya 0:6 hesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Bernd Hollerbaxı istefaya göndərmək qərarına gəlib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İndi "Hamburq"u mövsümün sonunadək komanda (U-21) ilə işləyən 46 yaşlı Kristian Tits çalışdıracaq. Hollerbax komandaya Markus Qizdolun istefasından sonra yanvarın 22-dən rəhbərlik edirdi.

Klub Bundesliqanınn 26 turu ərzində cəmi 18 xal toplayıb və əsas liqanı tərk etmək təhlükəsi ilə üzləşib ki, bu da indiyədək komanda tarixində baş verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.