İdman

İsland futbolçu dünya çempionatından kənarda qala bilər

12 Mart 2018 18:15
0 Şərh     Baxış: 423

"Everton" və İslandiya millisinin yarımmüdafiəçisi Qilfi Siqurdsson Premyer Liqanın 30-cu turunda "Brayton"la matçda (2:0) zədələnib.

Havbek oyunun sonuna qədər meydanda qalsa da, tibbi müayinə onun sağ dizində problem aşkarlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Siqurdsson qarşıdakı dünya çempionatnı buraxmaq təhlükəsi qarşısındadır.

Əlavə tibbi yoxlamalardan sonra onun reablitasiyasına nə qədər vaxt tələb olunduğu aydınlaşacaq. Diz bağları ciddi zədələnməyibsə, onun müalicəsi 3 aya qədər sürəcək. Zədə ciddi olsa, futbolçunun yenidən meydana qayıtmasına 3-6 ay vaxt tələb olunacaq. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.