İdman

"Buffon mənə həm meydanda, həm də ondan kənarda lazımdır"

12 Mart 2018 20:40
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya millisində baş məşqçi səlahiyyətlərini müvəqqəti yerinə yetirən Luici Bi Byaco "Yuventus"un qolkiperi Canluici Buffonun "Mavi eskadra"ya qayıtması haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis 40 yaşlı qolkiperin ona lazım olduğunu bildirib.

"Buffon kimi qapıçı milli karyerasını İsveçlə matçdan sonra başa vura bilməz. Hər şey çox sadədir. O, mənə həm meydanda, həm də ondan kənarda lazımdır. Buffon əla qolkiperdir və oyunçular arasında yüksək nüfuza malikdir. Məşqçilər deyəndə ki, bütün oyunçular onlar üçün eynidir, yalan danışırlar. Belə ola bilməz. Buffon da başqaları kimi deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.