İdman

"İlk günlər asan olmasa da..."

12 Mart 2018 23:51
0 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın qışda transfer etdiyi Pyer-Emerik Obameyanq Premyer Liqanın 30-cu turunda "Uotford"u 3:0 məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu hücumçu bunları deyib:

"Əlbəttə, burda xoşbəxtəm. "Arsenal"a Venqerin sayəsində gəlmişəm. Mənə göstərdiyi marağa görə onun rəhbərliyi altında oynamaq xoşdur. "Uotford" üzərində parlaq qələbə qazandıq. Komanda əla oynadı və vacib 3 xal qazandı. Fikrimcə, azarkeşlər də meydanda gördüklərindən razı qaldı. İlk günlər asan olmasa da, tədricən "Arsenal"a alışıram. Yanvarda tempi tutmaq çətin idi. Qəribə qaydalar səbəbindən bu mövsüm Avropa Liqasında oynaya bilməyəcəm, həyat belədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.