İdman

Karyerasının zirvəsində futbolu buraxmışdı - Səbəbi ölkəsi haqqında...

12 Mart 2018 17:40
Baxış: 1 122

Yaponiya futbolunun məşhur simalarından birinin karyerasını erkən bitirməsi təəccüblə qarşılanmışdı. Hidetoşi Nakata bu günlərdə karyerasını bu addımı atma səbəbini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Futbolu buraxıram" deyəndə 29 yaşında idi. İndi 41 yaşındadır. Futboldan ayrılıb Sake kralı olan Nakata bir çox məsələyə aydınlıq gətirib.

Oynadığı müddətdə tək ölkəsinin deyil, Asiya qitəsinin əsas ulduzlarından biri idi. İtaliya və İngilis klublarında çıxışı ilə Avropada da diqqət çəkirdi. Yaponiya ilə 3 dəfə Dünya çempionatı, 2 dəfə Olimpiya oyunlarında iştirak etmişdi. 2006-cı ildə, 29 yaşında kayerasını bitirdiyini açıqlaması ilə hər kəsi şoka saldı.

Aradan illər keçəndən sonra CNN-ə açıqlamasında futbolu niyə buraxdığını açıqlayıb: "Futbol oynayırdım, çünki oynamağı sevirdim. Sonra həvəsim azalmağa və tədricən yox olmağa başladı".

Bəs onu bu fikrindən daşındırmaq istəyən olmadı?

"Əlbəttə oldu. Klub rəhbərliyi "nə edirsən?" dedilər. Məni qərarımdan vaz keçirməyə çalışdılar. Ancaq, onlardan müqaviləni pozmağ xahiş etdim, qərarımı vermişdim. Artıq futboldan pul qazanmaq istəmirdim. "Sadəcə buraxın gedim" dedim".

Söylədiyini etdi Nakata. Bir müddət mədəniyyət səfiri kimi çalışdı. Daha sonra bu sahə üzrə uzun-uzadı araşdırmalar apardı. 21 yaşında karyerası üçün tərk etdiyi Yaponiyaya qayıtdı.

"Daha yaxşı bir yapon olmağa ehtiyacım vardı" deyə izah edir bu kəskin dönüşünü Nakata.

"Bütün həyatımı futbola həsr etmişdim. Getdiyim yerlərdə məndən ölkəm haqqında soruşurdular. Onlara verəcək cavabım yox idi. Ölkəm haqqında çox az şey bildiyimin fərqinə vardım" deyən Hidetoşi diqqətini ölkəsini və mədəniyyətini tanımağa yönəltdi.

30 yaşlarında Yaponiyanı qarış-qarış gəzdi. 3 ayı yollarda keçdi. Bu yolçuluqda çox şey öyrəndi. Bəzi adətlər isə yoxa çıxmaq üzrə idi.

2013-cü ildə məşhur firmaların biri ilə əməkdaşlığa başlayaraq "N" adlı yaponların milli içkisi olan "sake" satmağa başlayır. 1 şüşəsi 1000 dollardan başlayırdı... Bununla da kifayətlənmədi. Sakeni uyğin temperaturda saxlayan "sake soyuducusu" hazırladı və restoranlara satdı. Ona görə sake üçün doğru dərəcə -5 idi. Sonra hazırladığı sake üçün xüsusi bakallar oldu. Yaponca bilməyənlər üçün sake haqqında ingilisdilli bələdçi jurnalı hazırlatdırdı.

Nakate yaponların min illik mədəniyyətlərinin unudulmaması üçün indi də işlər görür. O 2010-cu il zəlsələsi zamanı Haitiyə 1,5 milyon dollar yardım göstərmişdi.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.