İdman

"Real"ın 160 milyonluq planı

12 Mart 2018 21:38
1 Şərh     Baxış: 1 236

"Real" "Liverpul"un yarımmüdafiəçisi Məhəmməd Salahın xidmətində maraqlıdı.

Milli.Az komanda.az-a istiandən xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə "kral klubu"nun misirli futbolçunun transferi üçün 160 milyon avro ödəməyə hazır olduğu qeyd edilib. Madrid təmsilçisi Salaha yayda komandadan ayrılacağı gözlənilən Qaret Beylin əvəzedicisi kimi baxır.

Misir millisinin üzvü "Liverpul"a ötən ilin yayında, "Roma"dan 40 milyon avro qarşılığında transfer edilib.

25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 24 qola imza ataraq, Harri Keynlə birlikdə bombardirlər siyahısına başçılıq edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    .... · 12 Mart 21:5910

    Alsa yaxşı olar . Yaxşı oyunçu du.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.