İdman

Yeniyetmə karateçilərimiz Avropa çempionatından qələbə ilə dönür

12 Mart 2018 17:15
0 Şərh     Baxış: 315

Karate üzrə (wkf) 14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən son Avropa çempionatnın mükafatçıları Polina Hurenko (-47 kq) və Mədinə Sadıqova (-48 kq), eləcə də Elmir Aşurov (-55 kq) ötən həftəsonu müxtəlif yarışlarda fəxri kürsüyə qalxıblar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, P.Hurenko Bratislavada 38-ci Slovakiya Qran Prisinin qızıl medalına sahib olub. M.Sadıqova və E.Aşurov isə İstanbulda 31-ci "Boğaziçi" Beynəlxalq Karate Turnirinin bürünc medallarını qazanıb.

Karateçilərimiz bu ilin ikinci yarısı Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları uğrunda yarışlara hazırlıqları davam etdirəcək. Mayda Bolqarıstanda Yeniyetmələr liqasında lisenziya xalları qazanmaq üçün, idmançılarmızın daha bir yarışa qatılmaları nəzərdə tutulub.

Mİlli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.