İdman

Pepe Reyna "Milan"a keçir

12 Mart 2018 16:12
0 Şərh     Baxış: 600

"Napoli"nin qapıçısı Pepe Reyna  "Milan"a keçməyə yaxındır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı qolkiper bu gün "Milan"da tibbi baxışdan keçəcək.

İspaniyalı qapıçının Neapol təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. Ona görə də Reynanın yanvarın 1-dən digər klublarla danışıq aparmaq hüququ var. 

Təcrübəli qapıçının mövsümün sonunda "Milan"a azad agent statusu ilə pulsuz keçəcəyi bildirilir.

Qeyd edək ki, Reyna 2015-ci ildən "Napoli"də çıxış edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.