İdman

Gülhüseyn Abdullayevdən qələbələr ardıcıllığı!

12 Mart 2018 19:23
0 Şərh     Baxış: 436

Qardaş Türkiyədən xoş xəbər almışıq - avtoidmanda yeganə təmsilçimiz Gülhüseyn Abdullayev arxada qalan həftəsonu Tuzlada təşkil olunmuş mötəbər turnirin qalibi olub.

Milli.Az f-1.az-a istinadən bildirir ki, keçən il dünyasını dəyişmiş Berat Türkerin xatirəsinə həsr olunmuş turnirə ölkənin adlı-sanlı sürücüləri qatılıblar. Turnir Türkiyənin Avtoidman Federasiyası ilə birlikdə Tuzla Avtoidman Klubu tərəfindən təşkil olunub. Hazırda mövsümlərarası fasilədən tam faydalanmaq məqsədilə Gülhüseyn Abdullayev dostunun xatirəsinə həsr olunmuş türnirdə gücünü sınamaq qərarına gəlib.

DD2 kateqoriyasında (mexaniki ötürmələr qutulu kartlar) yarışda iki yarımfinal mərhələsi olub. Sıralanma turunda poula cəmi 0.2 saniyə uduzan həmyerlimiz hər iki yarımfinal yarışında qələbə qazanmaqla finala yüksəlib. Finalda isə pouldan start alan həmyerlimiz rəqiblərinə heç bir şans verməyib. Beləliklə, Gülhüseyn dostunun xatirəsini 3 qələbə ilə yad edib...

Gülhüseyn Abdullayev: "Hazırda Asiyada müxtəlif yarışlara qatılmaqla, fiziki  formamı təkmilləşdirirəm. Əbu Dabidə qazandığım qələbədən sonra ikinci vətənim Türkiyəyə gəlmək xoş oldu. Vaxtılə bir çox yarışlarda mübarizə apardığım dostum Beratın xatirəsinə ilk dəfə təşkil olunan turnirin ilkq alibi olmağı çox arzu edirdim. Hər 3 yarışda qalib gəlmək mənim üçün gözlənilməz oldu. Amma bir daha yaxşı formada olduğumu sübut etdim.

Hələ çempionatın startına çox var, ona görə də imkan daxilində belə yarışlara qatılıb maksimum nəticə göstərməyə çalışacam..."

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.