İdman

Məşhurlar "Karabakh" Vyanaya dəstək oldular - FOTO

12 Mart 2018 14:36
1 Şərh     Baxış: 864

Azərbaycanın tanınmış simaları futbol üzrə Avstriyanın Şərq Regional Liqasında çıxış edən "Karabakh" Vyana klubuna dəstək olub.

Şahmat üzrə üçqat Avropa çempionu, FİDE reytinqində dünyanın ikinci şahmatçısı Şəhriyar Məmmədyarov, yunan-Roma güləşi üzrə üçqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rövşən Bayramov, yunan-Roma güləşi üzrə ilk Avropa Oyunlarının qalibi, IV İslam Həmrəylik Oyunlarının çempionu Elvin Mürsəliyev, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov, karate üzrə dünya və Avropa çempionu Şahin Atamov, Azərbaycanın əməkdar artisti Səlim Abbasov, əməkdar artist, əfsanəvi "Bakılı oğlanlar" ŞHK-nun üzvü Bəhram Bağırzadə, ATV kanalının "Həftə sonu" ictimai-siyası proqramının müəllifi, aparıcı Vaqif Aydınoğlu, ATV kanalında idman xəbərlərinin aparıcısı Sənan Şəfizadə sosial şəbəkədəki rəsmi səhifələrində "Karabakh" klubunun oyunlarını izlədiklərini və onlara dəstək olduqlarını yazıblar. Tanınmış simalar "Karabakh" Vyananın formalarını paylaşaraq kluba uğurlar arzu edib, tezliklə azərbaycanlılar tərəfindən yaradılan komandanı Avstriyanın yüksək dəstəsində mübarizə aparmasını arzulayıb.

Xatırladaq ki, azərbaycanlı soydaşlarımız tərəfindən yaradılan "Karabakh" klubu 2014-cü ildə ölkənin 6-cı liqasında çıxış etməyə başlayıb. Hazırda komanda Avstriya Stadt Ligada (Üçüncü Liqa) mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Gözü yaş · 12 Mart 15:3300

    Salam döstlər necəsiz !!!!!! )))) Kimlər var...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.