İdman

Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi oldu

12 Mart 2018 14:41
0 Şərh     Baxış: 457

Martın 11-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.

MM-dən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

Xatırladaq ki, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya seymlərinin komandaları yarışırdılar. Finala Azərbaycan və Ukrayna komandaları vəsiqə qazanmışdılar.

"İnter Arena"da keçirilən final oyunun gedişini Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin digər vəzifəli şəxsləri və nümayəndə heyətlərinin üzvləri izləyiblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Oyunda topa ilk toxunuşu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak ediblər.

Komandaların cəhdlərinə baxmayaraq oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.
Matç başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Beynəlxalq turnirin iştirakçı komandalarının üzvlərinə medallar və kubok təqdim olunub. Mükafatları Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.