İdman

Keyn dünya çempionatını buraxacaq?

12 Mart 2018 17:57
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə yığmasının hücumçusu Harri Keyn yayda Rusiyada keçiriləcək dünya çempionatını buraxa bilər.

Azpasport.az saytı "Reuters" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem"in 24 yaşlı futbolçusu dünən "Bornmut"la baş tutan Premyer Liqa görüşündə zədələnib.

Rəqib qapıçı Asmir Beqoviçlə toqquşaraq, dizindən xəsarət alan Keyn oyunu davam etdirə bilməyib. 34-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalan forvardın uzun müddətə sıradan çıxdığı ehtimal olunur.

Keyn tezliklə tam tibbi müayinədən keçəcək. Məhz bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşəcək. Həkimlərin ilkin diaqnozu özünü doğrultsa, Keyn mundialda İngiltərə millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, "Bornmut" - "Tottenhem" qarşılaşması qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.