İdman

"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır"

12 Mart 2018 18:20
0 Şərh     Baxış: 738

"Ayaks" və "İnter"in sabiq baş məşqçisi Frank de Bur "Mançester Yunayted"in hücumçusu Markus Reşford haqqında danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, holland mütəxəsis "BT Sport"un canlı efirində gənc forvardı tərifləyib.

"Təəssüf ki, Reşford Mourinyonun rəhbərliyi altında oynayır. O, gənc ingilis futbolçudur. Markus meydana tez-tez çıxmalı və yol verdiyi səhvlərin üstündən keçilməlidir. Amma Mourinyoya nəticə lazımdır. Reşford 1-2 oyunu yaxşı keçirməsə, ehtiyata göndəriləcək. Onun istedadını reallaşdırması üçün oynaması lazımdır. Belə futbolçunu hər tur meydanda görmək istərəm".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.