İdman

Salah üçün yaşıl işıq - Rəqibləri zədələndilər

12 Mart 2018 18:58
0 Şərh     Baxış: 1 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Serxyo Aqvero ciddi zədə alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu şənbə günü məşqdə sol dizindən zədələnib.

Klub həkimləri Dyeqo Maradonanın kürəkəninin təxminən iki həftə sonra sıraya qayıdacağını qeyd edib. Buna görə "Mançester Siti"nin bu gün "Stok Siti" ilə səfərdə keçirəcəyi Premyer Liqa matçında Argentina millisinin hücumçusu meydanda olmayacaq. Onun yerinə start heyətdə braziliyalı Qabriel Jezus çıxacaq.

İngiltərə Premyer Liqasının digər qolçularından Hari Keyn də zədə alıb. O, "Totenhem"in  "Bornmut"la səfər qarşılaşmasında zədələnib. İngiltərə millisinin hücumçusu rəqibin bosniyalı qapıçısı Asmir Beqoviçlə mübarizə zamanı sağ topuğundan zədə alıb.

Futbolçunu həkimlər meydanda qaydasına salmağa çalışsa da, onun zədəsi ciddi olub. Nəticədə argentinalı baş məşqçi Maurisyo Pokettino 34-cü dəqiqədə 24 yaşlı hücumçunu həmyerlisi Erik Lamela ilə əvəzləyib.

Pokettino bildirib ki, Keynin əvvəl də həmin nayihədən zədəsi olub və onun durumuna MRT müayinəsindən sonra aydınlıq gələcək. Onun martda İngiltərə millisinin Hollandiya və İtaliya ilə yoldaşlıq matçlarını, eləcə də, "Totenhem"in "Çelsi" ilə aprelin 1-dəki derbi matçını buraxacağı gözlənilir.

Qeyd edək ki, Serxyo Aqvero Premyer Liqanın 21 qolla üçüncü sərrast futbolçusudur. Hari Keyn isə 24 qolla "Liverpul"un misirli oyunçusu Məhəmməd Salahla birgə ilk sıranı bölüşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.